Accessibility links

Azərbaycan və Belarus əməkdaşlığı daha da genişləndirmək niyyətindədir


İlham Əliyev və Aleksandr Lukaşenko

İlham Əliyev və Aleksandr Lukaşenko

Belarus prezidentinin Azərbaycana səfəri çərçivəsində noyabrın 28-də axşam ikitərəfli sazişlər imzalanıb: iki ölkə prezidentlərinin birgə bəyanatı;

“Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının icrası üzrə tədbirlər planı”;

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Milli Dövlət Teleradio Şirkəti arasında əməkdaşlıq haqqında saziş;

Qəbələ Rayon İcra Hakimiyyəti və Qrodno şəhəri arasında regionlararası əlaqələrin qurulması haqqında saziş”;

“Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair saziş”;

“2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə kompleks proqramı”;

“Azərbaycan və Belarus arasında təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlığın inkişafı proqramı”;

“Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasında gömrük hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında protokol”;

“AzərbaycanMədəniyyət və Turizm Nazirliyi və Belarus İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında saziş”;

“Azərbaycan hökuməti ilə Belarus hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 2013-cü il 21 noyabr tarixli sazişin tətbiqinə dair Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Əmək və Sosial Müdafiə Nazirliyi arasında saziş”;

“Azərbaycan Gənclər və İdman Nazirliyi və Belarus İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq proqramı”.

İmzalanma mərasimindən sonra iki ölkə prezidenti bəyanatla çıxış edib. İ.Əliyev qeyd edib ki, tərəflər bütün istiqamətlər üzrə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Bakı Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyinə görə Belarus tərəfinə təşəkkür edir. O işarə edib ki, Minsk Killektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında və Azərbaycanın iştirak etmədiyi Gömrük İttifaqında Bakının Qarabağa dair mövqeyini dəstəkləyir.

İqtisadiyyata toxunan dövlət başçısı Gəncədə traktor və avtomobil istehsalı üzrə zavodun yaradılmasını yüksək qiymətləndirib. Yaxın vaxtlarda burada kənd təsərrüfatı sahəsində belaruslu mütəxəssislər tərəfindən böyük layihə həyata keçiriləcək.

Belarusda Azərbaycan, Azərbaycanda isə Belarus ticarət evlərinin yaradılması qərara alınıb.

Hərbi-sənaye sahəsində də əməkdaşlıq davam etdiriləcək.

Öz növbəsində, Aleksandr Lukaşenko deyib ki, Minsk və Bakı bundan sonra da bir-birinin mövqeyini müdafiə edəcəklər.

İqtisadiyyata toxunan Lukaşenko deyib ki, iki ölkə arasında əmtəə dövriyyəsi gələn il 700 mln. dollara çata bilər, yəni, indikindən iki dəfə çox ola bilər.

Belarus Azərbaycanda kənd təsərrüfatı müəssisələri və dərman istehsalı üzrə müəssisə inşa etməyə hazırdır.

Minsk Azərbaycan tütünündən siqaret və Azərbaycan pambığından məhsullar istehsal edir. Belarus Azərbaycan şərabı, konyak, meyvə-tərəvəzi üçün açıqdır.

Həmçinin Belarus neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.

Show comments

XS
SM
MD
LG