Accessibility links

Azərbaycan 4 milyard dollar kredit götürmək istəyir


Beynəlxalq Valyuta Fondu fəaliyyətinin normal davam etdiyini bildirir
Beynəlxalq Valyuta Fondu fəaliyyətinin normal davam etdiyini bildirir

BVF-nin nümayəndələri yanvarın 28-dən fevralın 4-dək Bakıda səfərdə olacaq. Eyni zamanda bu günlərdə, digər beynəlxalq maliyyə kredit instiutlarının, o sıradan da Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıya gəlir. Bu barədə’ "Financial Times" qəzetinin Azərbaycanla bağlı dərc etdiyi "Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlayan hərəkətə keçir" adlı yazıdadeyilir.

Qəzetin yazdığına görə, Azərbaycan höküməti ilə Dünya Bankı arasında olan danışıqlarda 4 milyard dollarlıq kredit götürmək əsas müzakirə mövzularından biridir.

İqtisadçı ekspert Qubad İbadoğlu yada salır ki, bu günlərdə Azərbaycan höküməti ilə AİB arasında da 1,1 milyard dollarlıq kredit sazişi də imzalanıb.

“Göründüyü kimi, danışıqlar uğurla başa çatarsa bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər”, iqtisadçı qeyd edir.

Xatırladaq ki, neft bumu zamanında BVF-u ilə Azərbaycan hökuməti arasında fikir ayrılığı yaranmışdı və qurum 2009-cu ildə Bakıdakı ofisini bağlayıb.

Azərbaycan BVF-yə 1992-ci ilin sentyabrında daxil olub. 2009-cu ilədəkəməkdaşlıq müddətində fonddan 363 milyon dollar vəsait, o cümlədən 248 milyon dollar güzəştli kredit alınıb. Kredit tranş yolu ilə, iqtisadi islahatlar aparılması öhdəliyi ilə müxtəlif proqramlar çərçivəsində verilib. Onlardan sonuncusunun verilməsi 2005-ci ildə yekunlaşıb. Həmin vaxtdan fondun təkidinə baxmayaraq, Azərbaycan maliyyə cəhətdən möhkəmləndiyini vurğulayaraq kreditlərdən imtina edib, yalnız fondun texniki yardımlarını qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG