Accessibility links

Azərbaycan vətəndaşı Ermənistana gedib


Ermənistan-Azərbaycan münaqişəsində 4575 nəfər azərbaycanlı itkin düşüb

Ermənistan-Azərbaycan münaqişəsində 4575 nəfər azərbaycanlı itkin düşüb

Daxili işlər nazirliyi Telman Əliyevin dumanlı havada azdığını təxmin edir

Azərbaycanın Qazax rayonunun Məzəmli kənd sakini Telman Cavanşir oğlu Əliyev (1971-ci ildə anadan olub) noyabrın 12-də saat 07.45-də Ermənistan-Azərbaycan sərhədindən Ermənistanın Tavuş vilayətinə keçib. Baş verənlər barədə beynəlxalq müşahidəçilərə məlumat verilib. Hadisənin detalları dəqiqləşdirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası APA agentliyinə bildirib ki, Qazax rayon sakini Telman Əliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi isə bildirib ki, noyabrın 11-də lal-kar olan Telman Əliyev dumanlı havada Ermənistanla həmsərhəd ərazidə heyvan otararkən itkin düşüb.

Nazirlik bildirir ki, araşdırma nəticəsində məlum olub ki, Əliyev dumanlı havada azaraq Ermənistan ərazisinə keçib.
XS
SM
MD
LG