Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Elmar Mamedyarov Eduard Nalbandian

Elmar Mamedyarov Eduard Nalbandian

Görüş mayda Karalovda baş tutacaq

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur. Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla danışıqlarının yekunlarına əsasən bildirib. Məlumatı RİA-Novosti yazıb.

“İrəliləyiş yoxdur”, - S.Lavrov Nalbandyanla görüşündən sonra deyib. Ermənistan XİN rəhbəri onunla razılaşdığını vurğulayıb.

“Yaxın vaxtlarda xarici işlər nazirlərinin yeni görüşü gözlənilir. Görüş mayda, bir neçə gündən sonra Krakovda olacaq. Yüksək səviyyədə də görüş istisna olunmur”, - Nalbandyan qeyd edib.

“Proses gedir, amma həqiqətən irəliləyişin olmaması başqa məsələdir. Çünki tərəflərdən biri qeyri-konstruktiv mövqe tutur və demək olar ki, həmsədrlərin bütün təkliflərini rədd edir”, -Nalbandyan Bakının destruktiv mövqeyinə eyham vurub.
XS
SM
MD
LG