Accessibility links

Elmar Məmmədyarov: Gərək böyük sülh sazişinin üzərində işə başlayaq


کراچی کا ایک رکشا ڈرائیور جس نے گرمی سے بچنےکے لئے سر پر کپڑا باندھا ہوا ہے
کراچی کا ایک رکشا ڈرائیور جس نے گرمی سے بچنےکے لئے سر پر کپڑا باندھا ہوا ہے

Haaqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın 24-25-də Haaqada keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində görüşəcəklər. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə danışıqlarından sonra martın 18-də keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu görüşdən sonra apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. “Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Gərək böyük sülh sazişinin üzərində işə başlayaq. Biz hansı istiqamətə getdiyimizi bilirik. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır”, Məmmədyarov qeyd edib.

O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü müəyyən vaxt var. Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.”Belə olan halda silahlı insidentlər, snayperlərin geri çəkilməsi ilə bağlı məsələlər həllini tapacaq”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG