Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiq edib. Əsgər Firuz Fərəcov qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb

İyulun 26-da səhər saat 6.00-da azərbaycanlı hərbçi, sıravi Firuz Fərəcov
Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində sərhəddi keçərək erməni sərhədçilərinə təslim olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Mətbuat xidməti bildirib ki, Azərbaycan vətəndaşı həbs olunub, istintaq gedir. İnsident barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinə məlumat verilib.
Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiq edib. Müdafiə nazirliyinin mətbuat xidməti bildirib ki,iyulun 26-da N saylı hərbi hissənin əsgəri 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
XS
SM
MD
LG