Accessibility links

Azərbaycan və Fransa Yaxın Şərqdə vəziyyəti müzakirə edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Fransanın xarici işlər naziri Loran Fabiusla görüşdə Azərbaycan-Fransa münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə durum müzakirə ediləcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 30-da Fransada rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, bir günlük səfər zamanı nazir Məmmədyarovla Fransanın xarici işlər naziri Loran Fabius arasında görüş keçiriləcək.

Görüşdə Azərbaycanla Fransa, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü çərçivəsində Yaxın Şərqdə durum, Azərbaycan-Avropa İttifaqı münasibətləri, “Şərq Tərəfdaşlığı” ilə bağlı fikir mübadiləsi aparılacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG