Accessibility links

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik. Bu barədə AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransada törədilmiş terror aktı ilə bağlı bildirib.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz.

Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir”, o qeyd edib.

XS
SM
MD
LG