Accessibility links

Azərbaycan və Gürcüstan regional layihələrin perspektivlərini müzakirə edib


Artur Rasizadə və Giorgi Marqvelaşvili

Artur Rasizadə və Giorgi Marqvelaşvili

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstanda səfərdədir. Rasizadə səfər zamanı Gürcüstan prezidenti və baş naziri ilə görüşüb.

AZƏRTAC agentliyinin məlumatına görə, görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Şərq-Qərb enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

"Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır", o qeyd edib.

Baş nazir Artur Rasizadə Azərbaycanın Gürcüstan ilə əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb/

Rasizadənin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşündə isə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Artur Rasizadə və Giorgi Kvirikaşvili

Artur Rasizadə və Giorgi Kvirikaşvili

Rasizadə bildirib ki, Azərbaycan iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin inkişafına daim maraq göstərir.

“Biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk. Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır”, o qeyd edib.

Baş nazir Giorgi Kvirikaşvili strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verən “Bakı-Supsa” enerji dəhlizinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb, Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG