Accessibility links

Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi müzakirə edilib


“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans
“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini, Abxaziya və Cənubi Osetiya probleminin açıq qalmasını, Ermənistanın Rusiya mövqeyindən çıxış etməsini region üçün əsas təhlükə mənbəyi sayırlar

Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı ölkələrin liderləri ilə yanaşı xalqların tarixi əlaqələrinə əsaslanır. Üç ölkəni həm də regional təhlükəsizlik, böyük iqtisadi layihələr, ərazi bütövlüyü, qarşılıqlı faydalı investisiya maraqları birləşdirir. Regionun digər ölkəsi Ermənistan isə qərb-şərq vektorundan kənar maraqlara xidmət edir.

Fevralın 17-də Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda keçirilən konfransdakı çıxışların əsas hədəfləri belə olub. Konfransda Azərbaycan, Gürcüstan və Türkiyədən olan ekspertlər iştirak edib.

Tədbirdə həmçinin üç müttəfiq ölkənin münasibətlərinin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyi müzakirə olunub.

“Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə TAP (Taransadriatik), TANAP (Trananadolu), Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, İpək Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu kimi dünyanın diqqətində olan böyük layihələri reallaşdırmadadır. Bakı-Tbilisi-Qars dəmir yolu Pekini-Londonla birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə hazırda Avropanın yeni enerji və nəqliyyat xəritəsini reallaşdırmaqdadır”, Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib.

Aslanov Ermənistanın siyasətini kəskin tənqid edib. Onun fikrincə, Ermənistanın qeyri-konstruktiv, qeyri-irrasional siyasəti regionun təhlükəsizliyinə problemlər yaradır.

“Ermənistan Azərbaycanın ərazilərini işğalda saxlayır, Türkiyənin Anadolu, Gürcüstanın Cavaxetiya bölgələrinə iddia edir. Ermənistan bu çirkin siyasətindən əl çəkməlidir. Nə qədər ki, Ermənistan bu siyasətindən əl çəkməyib bu ölkəyə qarşı blokada siyasəti davam etdiriləcək”.

“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans
“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans
O Türkiyə-Ermənistan sərhədlərinin açılması ideyalarından da danışıb.

“Çox təəssüf ki, son zamanlar bir sıra Avropa və qərb fondları bu sahədə çabalarını davam etdirir. Türkiyə prezidenti və baş naziri Türkiyə-Ermənistan sərhədinin münaqişə başa çatmayınca açılmayacağı bəyanatlarını verib. Azərbaycanın da mövqeyi budur ki, münaqişə başa çatmayınca Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil”, şöbə müdiri Ermənistan rəhbərlərinin ölkəni xarabalığa çevirdiyini bildirib.

Aslanov həmçinin Azərbaycanın bölgənin lider ölkəsi olduğunu, ölkədə internet və elektron demokratiyanın bərqərar edildiyini deyib. O Ermənistanı işğalçılıq siyasətindən əl çəkib Azərbaycan-Gürcüstan-Türkiyə birliyinə qoşulmağa dəvət edib.

SAM direktoru Fərhad Məmmədov üç ölkənin münasibətlərinin iqtisadi, tarixi və siyasi birliyə əsaslandığını bildirib. Azərbaycan-Gürcüstan dostluğu 1918-ci ildən başlayır. Hər iki ölkə birgə xarici siyasət kursu yeridib, Denikin ordusuna qarşı birgə mübarizə aparılıb və xarici işlər nazirlikləri müstəqilliyin dəstəklənməsi üçün birgə işləyib.

“Azərbaycanın görkəmli ictimai xadimi Yusif Vəzir Çəmənzəminli 95 il bundan qabaq deyib ki, Gürcüstan-və Azərbaycanın müstəqilliyi bir-birini tamamlayır. Bu dövlətlərdən birinin müstəqilliyinin itirilməsi o birisinin də müstəqilliyinin itirməsi demək olar”, F.Məmmədov qeyd edib.

Hər üç dövlətin münasibətləri çoxvektorludur və müttəfiqliyik çətin günlərin sınağından çıxıb. Bu zaman Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın iqtisadi yüksəlişinin dəstəklənməsi, 2006-cı ilin çətin qışında Gürcüstanın Azərbaycan tərəfindən enerji ilə təmin edilməsi yada salınıb.

“Azərbaycan hazırda Gürcüstanda ən böyük sərmayədardır. Türkiyədə isə 2018-ci ildə birinci böyük sərmayədara çevriləcək. BP şirkətinin hesablamalarına görə, yalnız TAP layihəsi Gürcüstana 2 milyard dollar gəlir gətirəcək, 17 000 yeni iş yeri açılacaq. Türkiyədə isə 5 min yeni iş yeri açılacaq”, Məmmədov bildirib.

Gürcüstanın Siyasət Mərkəzinin direktoru Kornely Kakaçia hesab edir ki, hazırda regionun taleyi daha çox Ukraynada baş verən hadisələrin yekunundan və Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”nın regionda mövqeyini möhkəmləndirə bilməsindən asılıdır.

“Gürcüstan, Moldova, Ukrayna Avropa Birliyi ilə assosiativ saziş imzalaya bilərsə regionun gələcək inkişafına böyük təkan verəcək. Əksinə Ukrayna Rusiya mövqeyinə keçərsə bu Avropa Birliyi, Gürcüstan və Moldova üçün böyük problemlər yaradacaq. Problemlər indi də görünməkdədir. Regionda gizli qapalı xəritələr çəkilməkdədir. Ermənistan bu istiqamətdə Avropaya qarşı xətt götürüb”, Kakaçia qeyd edib.

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini, Abxaziya və Cənubi Osetiya probleminin açıq qalmasını, Ermənistanın Rusiya mövqeyindən çıxış etməsini region üçün əsas təhlükə mənbəyi sayırlar.

Ekspertlər eyni zamanda üç ölkə gənclərini birləşdirən fondun yaradılmasını, birgə səfərlərin təşkilini, təhsil əlaqələrinin genişləndirilməsini, turist və ticarət əlaqələrinin inkişafını vacib sayır.

”Bu baxımdan Gürcüstan Türkiyə əlaqələri nümunə ola bilər. İki ölkə vətəndaşları sərhəd keçid məntəqələrindən sadələşdirilmiş şəkildə keçir, pasport tələb olunmur. Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri yüksəkdir. Əlaqələr Türkiyənin bütün təhsil səviyyələrində yer alır”, Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya bildirib.

Daha sonra konfrans “Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri”, "İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri”, “Üçtərəfli strateji əməkdaşlığın gələcəyi” mövzularında xüsusi sessiyalarda davam edib.

Xüsusi sessiyalarda Türkiyə Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəhbəri Yakup Taşdelen və Gürcüstan Müdafiə Nazirliyinin «Delta» Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili və başqa ekspertlər çıxış edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG