Accessibility links

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını müzakirə edib


Elmar Məmmədyarov və Mixeil Canelidze
Elmar Məmmədyarov və Mixeil Canelidze

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə edib.

“Bizim Gürcüstanla münasibətlərimiz strateji əməkdaşlıqdan daha da üstündür”, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov masrtın 7-də Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

İkitərəfli münasibətlər, habelə Cənub Qaz Dəhlizi layihəsi müzakirə olunub, E.Məmmədyarov qeyd edib.

Həmçinin, bu il istismara veriləcək Bakı-Tbilisi-Qars nəqliyyat layihəsinin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı vəziyyətə toxunan Məmmədyarov qeyd edib ki, 480 km-dən 314 km-i artıq razılaşdırılıb.

“Bu məsələnin həllini sürətləndirmək lazımdır”, deyən Məmmədyarov tezliklə Gürcüstandan Bakıya işçi qrupun gələcəyini xatırladıb.

O Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədə olduğunu vurğulayıb.

“Biz bu əməkdaşlığın daha da genişləndirilməsi üçün tələb olunan hüquqi bazanı müzakirə etdik. Gürcüstan tərəfi ilə 11 sənəd üzərində iş aparılır, onlar 3-4-ü artıq razılaşdırılıb. Bu yaxınlarda Gürcüstan və Azərbaycan hökumətlərinin müştərək komissiyasının görüşü keçiriləcək”. Məmmədyarov deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG