Accessibility links

Azərbaycan və İran prezidentləri görüşüb


Azərbaycan və İran prezidentlərinin görüşü
Azərbaycan və İran prezidentlərinin görüşü

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb

Oktyabrın 15-də prezident İlham Əliyev Azərbaycanda işgüzar səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.

Prezident Əliyevin rəsmi saytının məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrin iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Hər iki xalq arasında mədəni, tarixi yaxınlığın əlaqələrin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirilib, münasibətlərin inkişafının regional əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG