Accessibility links

Azərbaycan və İran sərhədçiləri danışıq aparır


Xəritə
Xəritə

Yaxın günlərdə İran sərhəd-keçid məntəqələrini aça bilər

Noyabrın 8-də Naxçıvanda Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində Azərbaycan və İran sərhədçiləri arasında görüş olub. Görüşdə son günlər İran tərəfinin Azərbaycanla sərhədləri bağlaması müzakirə olunub.

İranın Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib. Səfirlikdən Trend agentliyinə deyiblər ki, Azərbaycan və İran sərhədçiləri iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli üçün görüşüblər.

Məlumata görə, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub.

Görüşdə razılaşıblar ki, sərhədçilər sabah da müzakirələri davam etdirsinlər. Problemin yaxın günlərdə həll ediləcəyi vurğulanıb.

İran tərəfi noyabrın 7-dən Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini bağlayıb. İran Azərbaycandakı səfirliyinin bəyanatında deyilir ki, bu Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq edilib.

Noyabrın 5-də ə Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndinin ərazisində Araz çayında sahilbərkitmə işləri aparan traktora İran ərazisindən 2 hərbi geyimli şəxs atəş açıb. Güllələr traktora dəyib, sürücü atəşdən qoruna bilib.

Azərbaycan sərhədçiləri hadisə yerinə baxış keçirib və İran tərəfinə məlumat verilib. Bundan sonra Azərbaycan Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG