Accessibility links

İlham Əliyev: Azərbaycan-İran əlaqələri yeni mərhələyə qədəm qoyub


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycanda rəsmi səfərdə olan Iran prezidenti Həsən Ruhaninin Azərbaycan prezidenti ilə təkbətək və geniş tərkibli görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Prezident Ruhaninin səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfəsini verəcəyi qeyd edilib. Tərəflər həmçinin ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıb.

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan-İran əlaqələrinin çox gözəl tarixi və gözəl gələcəyi var. “İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir.

Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur. Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik”, dövlət başçısı qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani isə deyib ki, əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək. “Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik. Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Biz bu gün və sabah danışıqlarda bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər haqqında müzakirələr aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək”, Ruhani bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Danışıqlardan sonra prezidentlərinv iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.

Sənədlər alternativ və bərpa olunan enerji, iqtisadi və texniki,poçt, informasiya və kommunikasiya texnologiyaları, sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq məsələlərini əhatə edir.

XS
SM
MD
LG