Accessibility links

Azərbaycan prezidenti İranın müdafiə naziri ilə görüşüb


 İlham Əliyevin Hüseyn Dehqan ilə görüşü
İlham Əliyevin Hüseyn Dehqan ilə görüşü

Prezident İlham Əliyev aprelin 20-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanı qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib.

“İran prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərimiz və birgə səylər nəticəsində əlaqələrimiz müxtəlif sahələrdə yüksək səviyyəyə qalxıb”, Əliyev qeyd edib.

Azərbaycan prezidenti hərbi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir Hüseyn Dehqan İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG