Accessibility links

Azərbaycan İranın 120 milyon dollar dondurulmuş vəsaitini qaytaracaq


Həsən Ruhani və Şahin Mustafayev

Həsən Ruhani və Şahin Mustafayev

Ticarət və iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyası katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib ki, İranın Azərbaycanda dondurulmuş 120 milyon dollar həcmində aktivləri qaytarılacaq. Bu barədə İranın Mehr agentliyi bildirib.

“Tehranda Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı iki ölkə İranın 500 mln. dollar həcmində aktivinin bir hissəsinin buraxılması barədə razılığa gəlib. Bu vəsait qarşılıqlı ticarətin inkişafına yönəldiləcək”, - avqustun 7-də Möhtəşəmi Ərdəbil əyalətinin ticarətçiləri ilə görüşündə deyib.

Bundan əvvəl Qərblə nüvə proqramına dair razılaşmadan sonra İran Azərbaycan hökumətindən və Mərkəzi Bankından iranlı şəxslərin Azərbaycanın bank hesablarında dondurulan aktivlərinin qaytarılmasını xahiş edib. Vəsait İrana qarşı beynəlxalq maliyyə sanksiyası çərçivəsində dondurulmuşdu.

İran Naxçıvan Muxtar Respublikasına qaz nəqlinə investisiya qoymağa, Azərbaycanda təkrar yataqların istehsalını və inkişafını artırmağa, birgə bankın yaradılmasına, İranın Bakıdakı Milli Bankının fəaliyyətinin genşləndirilməsinə, birgə investisiya və sığortaya hazır olduğunu bildirib. Bütün bu məsələlər, həmçinin kapitalların qorunmasına zəmanət məsələsi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin bu həftə Tehrana səfəri zamanı müzakirə edilib.

XS
SM
MD
LG