Accessibility links

Azərbaycan xarici işlər naziri İsrailə gedəcək


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

İranda Azərbaycan əleyhinə yönəlmiş bəyanatlar Azərbaycanın İsraillə münasibətlərinə təsir edə bilmir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə İsrailə rəsmi səfər edəcək. Bu barədə İsrailin İzRus saytı Bakıda adı açıqlanmayan rəsmi mənbələrə istinadla xəbər yayıb.

Bu, Azərbaycan xarici işlər nazirinin İsrailə ilk səfəri olacaq.

İndiyədək Bakı və Tel-Əviv arasında ikitərəfli əlaqələri Tehranın kəskin mənfi reaksiyası dayandırırdı.

İran hakimiyyəti Azərbaycan “sionistlərlə” əlaqələri inkişaf etdirəcəyi təqdirdə Bakıya qarşı sanksiyalarla hədələyirdi.

Cənub qonşunun fikrinə bu qədər nümayişkaranə məhəl qoyulmamasını İran parlamentindəki son bəyanatları - bir qrup deputatın Azərbaycanın Rusiya və İran arasında bölünməsi ilə nəticələnənən 1813-cü il Gülüstan müqaviləsindən imtina kampaniyasına başlaması ilə izah etmək olar.

Tehranın güclü etirazlarına baxmayaraq, Azərbaycan və İsrail ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirir. Belə ki, bu gün İsrail Azərbaycana ən böyük silah ixracçısıdır. Bundan başqa, tərəflər Azərbaycanın Aralıq dənizinin İsrail sahillərində qaz yataqlarının işlənməsində iştirakı haqqında danışıqlar aparır.
XS
SM
MD
LG