Accessibility links

Elmar Məmmədyarov: Ermənistan status-kvonu dəyişməyə hazır deyil [Video]


İtaliyanın xarici işlər naziri Paolo Gentiloni Azərbaycanda səfərdədir. O noyabrın 7-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Noyabrın 8-də isə Paolo Gentiloninin Azərbaycanın enegetika naziri Natiq Əliyevlə görüşü nəzərdə tutulub.

Azərbaycan və İtaliya xarici işlər nazirləri görüşlərinin yekunu olaraq birgə mətbuat konfransı keçirib.

Hər iki nazir iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Elmar Məmmədyarov bildirib ki, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

“Danışıqlarda ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsi, TAP layihəsi, neft-kimya, tekstil-trikotaj sahəsində çalışan şirkətlərin Azərbaycanla əlaqələri, nəqliyyat, turizmi, humanitar, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu. İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının vaxtı çatıb və sabah nazir Natiq Əliyevlə görüşdə komissiyanın növbəti iclasının vaxtı dəqiqləşdiriləcək”, Məmmədyarov qeyd edib.

Elmar Məmmədyarov və Paolo Gentiloni

Elmar Məmmədyarov və Paolo Gentiloni

Nazir Paolo Gentiloni bildirib ki, İtaliya Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

“Bizim yüksək əməkdaşlığımız var. Azərbaycanla ticarət əlaəqlərimiz yüksək səviyyədədir. Azərbaycan İtaliya üçün birinci və ya ikinci enerji ölkəsidir. Ümid edirik ki, TAP layihəsi vaxtında başa çatdırılacaq. TAP yalnız Avropaya qaz çatdıracaq kəmər deil, həm də Asiyadan başlayaraq Avropa ölkələri ilə əməkdaşlıq layihəsidir. TAP Avropa üçün çox əhəmiyyətlidir”, nazir Gentiloni qeyd edib.

O Azərbaycan iqtisadiyyatrının şaxələndirilməsində İtaliya şirkətlərinin və texnologiyalarının, o cümlədən kənd təsərrüfatı, meyvəçilik, tekstil sahəsində mühüm töhvə verə biləcəyini deyib.

Elmar Məmmədyarov və Paolo Gentiloni

Elmar Məmmədyarov və Paolo Gentiloni

Nazir həmçinin İtaliyanın Avropa İttifaqında (2017-ci il) və ATƏT-də (2018-ci il) sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində töhvə verəcəyini bildirib.

Nazirlər sullara cavabda TAP layihəsi ilə bağlı işlərin gedişinə toxunub.

“TAP-da işlər vaxtında həyata keçirilir. Müəyyən ləngimələr olub. İçtirakçı ölkələr, xüsusilə İtalyadan cavab almışıq ki, əsas məsələlər həll olunub. Ümid edirik ki, layihə 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində istifadəyə veriləcək”, nazir Məmmədyarov bildirib.

Nazir Gentiloni deyib ki, İtaliya artıq ətraf mühitlə bağlı yaranan problemləri həll edib.

Nazirlər regiondakı münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə suala cavabda həll prosesinin sürətləndirilməsini vacib sayıb.

“İtaliya ATƏT-ə sədrliyi dövründə Avropa regionunda dondurulmuş münaqişələr, - Ukrayna, Gürcüstan, Dağlıq Qarabağ məsələsində vasitəçilərin, həmsədrlərin rolunu gücləndirməyə çalışacaq. ATƏT ölkələrində miqrasiya propsesi də diqqət mərkəzində olacaq”, Paolo Gentiloni qeyd edib.

Nazir Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə vaxt olacağı ilə bağlı sualın cavabında deyib ki, təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var.

Onun fikrincə, prezidentlərin Sankt- Peterburq görüşündən sonra danışılarada irəliləyişə ümid olub.

“Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər. Hazırda xarici işlər nazirlərinin Hamburqda görüşü planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir. Biz Sankt Peterburq mühitini bərpa etmək istəyirik", nazir bildirib.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

XS
SM
MD
LG