Accessibility links

Azərbaycan sülhməramlıları Kabil hava limanını qoruyacaq


Azərbaycan sülhməramlıları

Azərbaycan sülhməramlıları

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi olub

Azərbaycab Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə yeni tapşırığa əsasən Azərbaycan sülhməramlıları Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyacaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

XS
SM
MD
LG