Accessibility links

Azərbaycan və Qazaxıstan Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə edib


Xəzər dənizi

Xəzər dənizi

Fevralın 24-də Azərbaycanıb baş naziri Artur Rasizadə Qazaxıstan Sərhəd Xidmətinin direktoru Darxan Dilmanovu qəbul edib.

Danışıqlar zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələrin möhkəmləndirilməsi, qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi müzakirə edilib.

Həmçinin Azərbaycanda Qazaxıstanın Sərhəd Xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə mütəxəssislərin hazırlanması məsələlərinə toxunulub.

GörüşdəAzərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib. Məlumatı Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Hərbi gəmilərin hansı müəssisədə inşasının nəzərdə tutulduğu açıqlanmır. Xatırladaq ki,bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmiqayırma kompleksi istifadəyə verilib.

XS
SM
MD
LG