Accessibility links

Azərbaycanlı olimpiyaçıların London şansları


London olimpiadası
London olimpiadası

Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Onlar 16 idman növü üzrə yarışacaq

Azərbaycan olimpiya yığmasının 32 idmançıdan ibarət qrupu bu gün XXX Yay Olimpiya oyunlarında iştirak etmək üçün Londona yola düşüb. İdmançılar iyulun 27-dən avqustun 12-dək Britaniyanın paytaxtında olacaq.
Yığmanın ikinci qrupu isə avqustun 4-də Londona yola düşəcək. Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Onlar 16 idman növü üzrə yarışacaqlar (2008-ci il olimpiadasında Azərbaycandan 11 növ üzrə 44 atlet iştirak edib).
İlk dəfə olaraq Azərbaycan beş yeni idman növündə təmsil olunacaq - kanoe, akademik avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma.
İdman şərhçilərinin fikrincə, bəzi azərbaycanlı olimpiyaçıların qalıb gəlmək şansı var. Belə ki, cüdoçu Elnur Məmmədliyə (81 kq.) böyük ümidlər var. O, Pekin Olimpiadasındakı uğurlarını təkrarlamağa ümid edir. E.Məmmədli oyunların açılışında Azərbaycan yığmasının bayrağını daşıyacaq.
Qızıl medala iddiaçılar arasında sərbəst güləşçi Şərif Şərifov ( 84 kq), Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq.), boksçu Məhəmmədrəsul Məcidov (91 kq.) və Yelena Vıstropova (qadın boksu, 75 kq.) var.
Teymur Məmmədov (boks, 91 kq.), Əfqan Bayramov (ağır atletika, 69 kq.), Valentina Xristova (ağır atletika, 56 kq.), Xetaq Qaysumov (sərbəst güləşçi, 96 kq.), Həsən Əliyev (Yunan-Roma güləşi, 60 kq.), Pekin Olimpiadasının bürünc mükafatçısı Mariya Stadnik (qadın güləşi, 48 kq.) , Sergey Bezuqlıy-Maksim Prokopenko (kanoe, 1000 m.) və Valentina Demyanenkonun (kanoe, 200 m.) mükafat qazanmaq şansları var.
Onların hamısı son illər dünya və Avropa birinciliklərinin çempionları və mükafatçıları olublar. 53 azərbaycanlı idmançıdan 41-i Olimpiadada ilk dəfə olaraq iştirak edir.
Olimpiyaçıların həvəsləndirilməsi məqsədilə dövlət və Milli Olimpiya Komitəsi (MOK) qaliblərə və mükafatçılara, həmçinin onların məşqçilərinə pul mükafatı müəyyən edib.
Belə ki, Azərbaycan prezidentinin sərəncamı ilə birinci yeri qazanan idmançı üçün 400 min manat, onun məşqçisi üçün 200 min manat, ikinci yer üçün müvafiq olaraq 200 min manat və 100 min manat, üçüncü yer üçün 100 min manat və 50 min manat pul mükafatı müəyyən olunub.
MOK aşağıdakı pul mükafatını müəyyən edib: birinci yerə görə idmançıya 200 min manat, məşqçiyə 100 min manat, ikinci yer müvafiq olaraq 100 min manat və ya 50 min manat, üçüncü yer 50 min manat və 25 min manat.
Beləliklə, pul mükafatlarının ümumi məbləği belə olacaq: qalib 600 min manat (770 min dollara yaxın), gümüş mükafatçı 300 min manat (385 min dollara yaxın), bürünc mükafatçı 150 min manat (192, 5 min dollara yaxın).
Olimpiya oyunlarına hazırlığa dövlət büdcəsindən 14 mln. 785 min manat (19 mln. dollara yaxın) vəsait ayrılıb.
İyulun 25-də Londonun Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılacaq. İyulun 28-də Azərbaycan Günü keçiriləcək və ölkənin mədəniyyəti təqdim olunacaq.
Azərbaycanlı idmançılar müstəqil dövlətin təmsilçiləri kimi olimpiadalarda 1996-cı ildən çıxış edir. İndiyədək 4 yay olimpiadasında idmançılar 16 medal qazanıb. Sonuncu Pekin olimpiadasında Azərbaycan bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG