Accessibility links

Azərbaycanlı mühacirlər yeni təşkilat təsis edib - Azərbaycan Naminə Demokratiya


Azərbaycan Naminə Demokratiya təşkilatının iclası (Foto "Azərbaycan Saatı"nındır)

Azərbaycan Naminə Demokratiya təşkilatının iclası (Foto "Azərbaycan Saatı"nındır)

Sentyabrın 11-də Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - AND (Azərbaycan Naminə Demokratiya - Azerbaijan needs democracy) təsis iclası keçirilib. Bu barədə contact.az saytı məlumat yayıb.

İclasda Azərbaycan iqtidarının təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak edib.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.

AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar.

Bununla yanaşı bildirilir ki, Azərbaycan mühacirlərinin hərakatlarının koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərəcək.

XS
SM
MD
LG