Accessibility links

Azərbaycanla NATO tərəfdaşlığı müzakirə edilib


Azərbaycan - NATO məsləhətləşmələri olub

Azərbaycan - NATO məsləhətləşmələri olub

Aprelin 28-də NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Аzərbaycanın NATO yanında Nümayəndəliyinin məlumatına görə, Azərbaycanın Xarici İşlər, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib. Azərbaycanın əməkdaşlıq sahəsində apardığı səylər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil olan mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin Alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə spesifik əməkdaşlıq sahələrin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.

XS
SM
MD
LG