Accessibility links

Azərbaycan-NATO müzakirələri olub


Aprelin 19-da Brüsseldə NATO-nun Mənzil-Qərargahında Azərbaycanla hərbi alyans nümayəndələri arasında görüş keçirilib. Görüş “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının “28+1” formatında baş tutub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Məlumatda görüşdə Azərbaycanın müdafiə və xarici işlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, NATO yanında daimi nümayəndəliyinin təmsilçilərinin iştirak etdiyi bildirilir.

Görüşdə regionda təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri müzakirə edilib.

XS
SM
MD
LG