Accessibility links

Elmar Məmmədyarov Nevada ştatının Assambleyasının sədri ilə görüşüb


Amerika və Azərbaycan bayraqları

Amerika və Azərbaycan bayraqları

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembriki qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edib.

Məmmədyarov Azərbaycanın ABŞ-in yerli ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, bu baxımdan Nevada ştatı ilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Con Hembrik Nevada Ştat Assambleyasının Azərbaycanla iqtisadi-ticari sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirərək, bu baxımdan Assambleya üzvlərindən və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG