Accessibility links

Azərbaycan hərbçilərinin meyiti tapılıb


Əsgər ölümü
Əsgər ölümü

İyulun 23-də itkin düşən Azərbycanın iki hərbçisinin meyiti tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuşlar Musa Musayev və Tural Yolçuyevin axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG