Accessibility links

Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində 5 dekabrda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb.

XİN-in mətbuat xidmətinin məlumatına görə görüşdə tərəflər DTİHB və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Elmar Məmmədyarov DTİHB tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd edib.

Mixael Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib. O, həmçinin, regiona səfər etmək niyyətində olduğunu qeyd edib.

XS
SM
MD
LG