Accessibility links

Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzalayıb


Azərbaycan və Pakistan ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb

Azərbaycan və Pakistan ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb

İslamabadda Azərbaycan-Pakistan işçi qrupunun görüşü olub

"Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı" imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 10-11-də İslamabadda Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlıq, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşünün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib. Eyni zamanda, hər iki ölkənin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.
XS
SM
MD
LG