Accessibility links

Azərbaycan komandası Maykrosoftun təşkil etdiyi yarışda ikinci yer tutub


Azərbaycanın NoObs komandası (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycanın NoObs komandası (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycanın istedadlı tələbələrdən ibarət NoObs komandası Maykrosoftun Redmondda təşkil etdiyi “2015 Imagine Cup World Finals” yarışının innovasiya layihələri bölünümdə ikinci yer tutub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.

Azərbaycanın NoObs komandası (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycanın NoObs komandası (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Səfirlik bildirir ki, NoObs dünyanın müxtəlif dövlətlərindən gələn 33 yığmanın qatıldığı müsabiqədə SPİNAL adlanan layihəsini təqdim edib.

Müasir texnologiyaların insan həyatını rahatlaşdıra biləcəyini sübuta yetirən bu layihə bel sütununun defektlərindən əziyyət çəkən insanlara duruşlarını nəzarətdə sağlamaq imkanı verir.

XS
SM
MD
LG