Accessibility links

Azərbaycan və Rusiya müdafiə nazirləri görüşüb


Zakir Həsənov və Sergey Şoyqu

Zakir Həsənov və Sergey Şoyqu

Rusiya və Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirəcək, Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu noyabrın 30-da Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə bildirib.

"Biz Azərbaycanın bu gün Xəzərdə ön mövqedə olmasına və burada daha səmərəli əməkdaşlıq etməli olduğumuza əsaslanırıq", Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Sergey Şoyqudan sitat gətirir.

Ruiya müdafiə nazirinin sözlərinə görə, belə bir əməkdaşlıq regionda sabitliyə əhəmiyyətli təsir göstərəcək.

O, həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan hərbi əməkdaşlığı, o cümlədən Rusiya hərbi təhsil müəssisələrində Azərbaycan hərbiçilərinin hazırlanması habelə beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Öz növbəsində, Zakir Həsənov bildirib ki, Azərbaycan Rusiyanın dəstəyi ilə keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində Xəzər Kuboku keçirməyə hazırdır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməıtinin məlumatında isə deyilir ki, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.

Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Show comments

XS
SM
MD
LG