Accessibility links

İlham Əliyev: Münaqişə həddən artıq uzanıb və həllini tələb edir


Prezident İlham Əliyev və prezident Vladimir Putin

Prezident İlham Əliyev və prezident Vladimir Putin

Rusiya və Azərbaycan prezidentləri Soçidə görüşüb

Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya prezidentinin rəsmi saytının məlumatına görə görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub. Prezidentlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirib.

Rusiya prezidenti qarşıda çoxsaylı ikitərəfli və regional məsələlərin durduğunu deyib. “Münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Münasibətlərin inkişafı prezidentlər və hökumətlərimiz səviyyəsində daim dəstəklənir. İqtisadi, humanitar əlaqələrimiz inkişaf edir və digər sahələr də aktiv əməkdaşlıq edirik. Ümumilikdə ikitərəfli münasibətlərimizdə etimad elementləri daim möhkəmlənir və bundan çox şadıq”, Putin qeyd edib.

Prezident Əliyev deyib ki, münasibətlərin çox geniş gündəliyi müzakirə ediləcək.

“Siz dediyiniz kimi, münasibətlərimizin çox müsbət, dinamik, sabit, uzunmüddətli inkişafının müsbət dinamikası var. Biz bunu çox yüksək qiymətləndiririk və beynəlxalq arenada Rusiyanı əsas tərəfdaşlarımızdan biri kimi görürük.

Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir: həm siyasi, həm də iqtisadi sahədə qarşılıqlı anlaşma və yaxşı nəticələr var.

Ticarət dövriyyəsi həm ötən il, həm də bu il artıb.

Struktur yaxşılaşır, qarşılıqlı investisiyalar əhəmiyyətli dərəcədə artıb. Təbii ki, bu əlaqələrə yeni dinamika verir”.

İ.Əliyev Rusiya prezidentinin ötən il Azərbaycana səfərinin iki dövlətin münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

“Biz əməkdaşlığımızı ciddi inkişaf etdirmək əzmindəyik”.

“Əlbəttə, bizim regionda regional təhlükəsizlik və sabitlik məsələlərinin müzakirəsi həmişə gündəliyimizdə durur. Həmçinin, əlbəttə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəyik, hansı ki, münaqişə həddən artıq uzanıb və həllini tələb edir”, Azərbaycan prezidenti qeyd edib.

XS
SM
MD
LG