Accessibility links

Azərbaycan və Rusiya dəmir yolları sahəsində əlaqələri genişləndirəcək


Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA agentliyinə verdiyi məlumata görə, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin bildirib ki, ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmir yolları arasında da özünü əyani büruzə verir.

V.Yakunin “Azərbaycan Dəmir Yolları”QSC-nin yeni rəhbərliyinin bu əlaqələrin daha da genişləndirilməsində aktivlik nümayiş etdirəcəyinə inandığını bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə Azərbaycanda dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. C.Qurbanov deyib ki, Azərbaycan və Rusiya dəmir yolları arasında mövcud olan əlaqələr bundan sonra daha da genişləndiriləcək.

Sonra hər iki ölkənin dəmir yolları arasında cari və gələcək inkişaf perspektivləri müzakirə olunub.

XS
SM
MD
LG