Accessibility links

Azərbaycan və Rusiya Xəzər regionunda beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri müzakirə edib


Xəzər və Yaxın Şərq regionu

Xəzər və Yaxın Şərq regionu

Noyabrın 11-də Moskvada MDB ölkələrinin təhlükəsizlik şuralarının katiblərinin müşavirəsi keçirilib.

Virtualaz.org Rusiya Təhlükəsizlik Şurasının rəsmi saytına istinadən xəbər verir ki, müşavirə iştirakçıları MDB məkanında milli təhlükəsizliyin təmin edilməsinin aktual məsələlərini müzakirə ediblər. Qapalı rejimdə keçirilən müşavirədə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev təmsil edib.

Bu, MDB təhlükəsizlik şuraları katiblərinin üçüncü toplantısıdır.

Məlumatda deyilir ki, iştirakçılar səlahiyyətli orqanlar arasında qanunsuz miqrasiya, habelə MDB dövlətləri arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair koordinasiya məslələrini müzakirə edib. Gündəmə habelə Yaxın Şərq və Mərkəzi Asiyada təhlükəsizlik mövzusu daxil edilib.

Toplantıda “İslam dövləti” terroçu qruplaşmasının ekspansiyasına qarşı birgə addımlar müzakirə olunub, o cümlədən MDB ölkələrinin vətəndaşlarının bu qruplaşma tərəfindən ələ alınmasına qarşı mübarizə barədə müzakirələr aparılıb.

Toplantıda Rusiya nümayəndə heyətinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edib. İştirakçılar belə ümumi mövqeyə gəliblər ki, MDB ölkələrinin müdafiə, xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı gücləndirmək lazımdır.

Müşavirə çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında ayrıca görüş olub.

Tərəflər Xəzər regionunda beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri, habelə xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Görüşün sonunda Nikolay Patruşev Ramiz Mehdiyevlə Rusiya və Azərbaycan təhlükəsizlik şuraları aparatları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.

XS
SM
MD
LG