Accessibility links

Azərbaycan Rusiyadan 1 milyard dollar həcmində silah alıb


Piyadaların döyüş maşını
Piyadaların döyüş maşını

Bu barədə Rusiya mediası məlumat yayıb. Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiq edib

“Rusiyadan Azərbaycana təxminən $1 mlrd. həcmində silahların göndərilməsinə başlanılıb.

Bu, Ermənistanın mənfi reaksiyasına səbəb olacaq, lakin tərəfləri münaqişədən çəkindirməyə kömək edəcək. Bu barədə “Vedomosti" qəzetində dərc olunmuş “Rusiya Azərbaycanı silahlandırır” məqaləsində deyilir.

İyunun 15-də milkavkaz.net İnternet resursunda tankların və quru qoşunları üçün digər avadanlıqların boşaldılmasına dair fotolar yerləşdirilib. Forum iştirakçıları bildirir ki, bu silahlar iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçiriləcək parad zamanı nümayiş etdiriləcək.

Rusiya müdafiə sənayesindəki iki mənbə “Vedomosti”yə təsdiqləyib ki, fotolar həqiqidir və 2011-2012- ci illərdə Azərbaycanla bağlanmış müqavilə paketi üzrə quru qoşunları texnikasının göndərilməsi prosesini əks etdirir.

Mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), “Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), “Smerç” yaylım atəşli reaktiv sistem divizionu (18), “Vena” özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A “Solnsepek” (“Buratino” sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir.

Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları alınıb.

Mənbənin sözlərinə görə, tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar da, əsasən 94 T-90S üçün opsion var.
Döyüş sursatı ilə birlikdə müqavilədə göstərilən sistemlərin ümumi dəyəri ən azı 700 milyon dollar və ola bilsin ki, 1 milyard dollara yaxın ola bilər. Rusiya Müdafiə Nazirliyindəki mənbə belə qiymətləndirir.

“Rosoboronexport”un nümayəndəsi şərh verməkdən imtina edib, Azərbaycanın Müdafiə Nazirliyindən də şərh almaq mümkün olmayıb.

Bu, Rusiya və Azərbaycan arasında silah müqaviləsi ilə bağlı ilk iri paket deyil. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrinə və digər güc strukturlarına ümumi məbləği $3 mlrd. həcmində S-300PMU-2 zenit-raket sistemləri, bir neçə “Top2ME” zenit-raket kompleksi, 60 ədəd Mi-17 nəqliyyat vertolyotu, 24 həmlə vertolyotu verilib.

Eyni zamanda Azərbaycan İsraildən ümumi məbləği $1,6 mlrd.-dan çox PRO radiolokator, pilotsuz təyyarələr, gəmi əleyhinə raket alıb. Bundan əlavə, Ukrayna və Belarusdan (HHM sistemi və qırıcı) alıb, Rusiya və Türkiyədən (tank, artilleriya və həmlə vertolyotları) silah almağa maraq göstərir.

Hətta kommersiya əsasları ilə Azərbaycana göndərilən istənilən Rusiya silahı Ermənistanın mənfi və ağrılı reaksiyasına səbəb olur. Lakin bu reaksiyada nəzərə alınmır ki, Ermənistan Rusiyadan silahı Rusiyadaxili qiymətə alır və ora silah göndərilməsi Rusiyanın Azərbaycana silah satışını balanslaşdırır. Rusiya EA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Aleksandr Krılov bildirir. Azərbaycana silah göndərilməsi Rusiyanın ölkəni öz təsiri altında saxlamasına şərait yaradır və Bakının beynəlxalq arenada alışını azaldır.

Belə olan halda ABŞ və NATO ölkələrinin siyasəti ilə analogiya aparmaq olar. Belə ki, bu ölkələr antaqonist Misir və İsrailə, Yunanıstan, Türkiyəyə iri partiya silahlar göndərir: bu ölkələrin bir tədarükçüdən asılılığı ABŞ və Qərbə öz müştəriləri arasında münaqişələrin qabağını almağa imkan verir. Strateji və Texnoloji Təhlil Mərkəzinin eksperti Konstantin Makienko bildirib

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Amerikanın Səsinə məqalədəki məlumatlarla bağlı bunları deyib:
“Mən bu haqda heç bir söz deyə bilmərəm. Çünki məlumatsızam. Xəbərin doğru olub-olmadığını araşdırmaq lazımdır. Bu da sadə proses deyil. Bəzən elə şişirtmə informasiyalar dövriyyəyə buraxırlar ki, bunun həqiqətlə heç bir əlaqəsi olmur. Əlbəttə, Azərbaycanın Silahlı Qüvvələri öz potensialını möhkəmləndirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək haqqına malikdir. Torpaqlarımızın 20 %-i işğal altındadır.

Onu erməni tapdağı altında qoya bilmərik. Ancaq nəzərə almaq lazımdır ki, tez-tez bu cür məlumatlara rast gəlirik. Və bu işdə Ermənistanın xüsusi canfəşanlığı daima görünür. Ermənistan pulsuz əldə etdiyi, böyük miqdarda olan silahları ört-basdır etmək üçün Azərbaycanı beynəlxalq aləmdə bu şəkildə diqqət mərkəzinə gətirmək məqsədi güdür. Mən bu məlumata bir neçə gün əvvəl Seyran Ohanyanın həyəcanlı şəkildə Azərbaycan durmadan silahlanır barədə verdiyi bəyanatının davamı kimi baxıram”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG