Accessibility links

Azərbaycan və Suriya xarici işlər nazirləri görüşüb


Cənubi Qafqaz və Yaxın Şərqin xəritəsi

Cənubi Qafqaz və Yaxın Şərqin xəritəsi

Xarici işlər naziri Məmmədyarov Azərbaycanın Yaxın Şərq, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyini bir daha səsləndirib

Avqustun 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin süverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. Xarici işlər naziri Məmmədyarov tərəfindən Azərbaycanın Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
Xatırladadq ki, Azərbaycan Suriyaya qarşı sanksiyaları dəstəkləyir.
XS
SM
MD
LG