Accessibility links

Azərbaycan və Tatarıstan iqtisadi əlaqələri genişləndirilir


Prezident İlham Əliyev Tatarıstan prezidenti Rüstəm Minnixanovu qəbul edib

Prezident İlham Əliyev Tatarıstan prezidenti Rüstəm Minnixanovu qəbul edib

Prezident İlham Əliyev Tatarıstan prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanovu qəbul edib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Əliyev Azərbaycanın Rusiya Federasiyasının subyektləri və xüsusən Tatarıstanla əməkdaşlığının böyük əhəmiyyətini qeyd edib. Bu mənada Minnixanovun səfəri müxtəlif istiqamətlərdə - ticarət, investisiya, birgə layihələrin həyata keçirilməsi sahəsində bu münasibətləri daha da möhkəmləndirməyə imkan verəcək.

Minnixanov bildirib ki, Tatarıstanın nümayəndə heyəti artıq Bakıda bir sıra görüşlər keçirib.

Daha sonra tərəflər maşınqayırma, neft maşınqayırması, avtomobil istehsalı, neft-kimya, informasiya texnologiyaları, turizm və s. sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bundan əvvəl Minnixanovu baş nazir Artur Rasizadə qəbul edib. Tatarıstan nümayəndə heyəti FHN, Müdafiə Nazirliyi, SOCAR, İqtisadi İnkişaf Nazirliyində olub.

Səfər çərçivəsində keçirilən biznes-forum zamanı konkret layihələr – Gəncədə “KamAZ” istehsalı, “Ansat” mülki helikopterlərin yığılması, neft-kimya sahəsində birgə istehsal məsələləri müzakirə olunub.

Gəncədə KamAZ avtomobilinin buraxılışı

Gəncədə KamAZ avtomobilinin buraxılışı

Eyni zamanda, Azərbaycana Tatarıstanda sənaye layihələrinə investisiya yönəltmək təklif edilib. Qiymətləndirmə məqsədilə payızda Azərbaycan nümayəndə heyəti Tatarıstana səfər edəcək.

Bu gün Minnixanov səfəri çərçivəsində Gəncə şəhərində olub və Gəncə Avtomobil zavodunda yığılan ilk “KamAZ” avtomobilinin istismara buraxılması münasibəti ilə keçirilən mərasimdə iştirak edib.

2015-ci ilin fevralında “Gəncə Avtomobil Zavodu” İB ilə Rusiyanın “KamAZ” ASC arasında “KamAZ” markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı müqavilə imzalanıb. Gəncə Avtomobil Zavodunda qısa müddətdə yeni yığım xətti quraşdırılıb və ilk “KamAZ” avtomobillərin yığımı təşkil olunub. Xəttin istehsal həcmi ildə 1500 avtomobildir. .

“KamAZ” ASC ilə bağlanmış müqaviləyə görə ilkin mərhələdə Gəncə Avtomobil Zavodunda 31 müxtəlif modeldə “KamAZ” markalı avtomobilin istehsalı planlaşdırılır. Bu ilin sonunadək zavodda “KamAZ” avtomobillərinin sənaye yığımı üçün ayrıca yeni sexin təşkili nəzərdə tutulur.

XS
SM
MD
LG