Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli hərbi dialoq iclası keçiriləcək


Azərbaycan və Türkiyə birgə hərbi təlimi
Azərbaycan və Türkiyə birgə hərbi təlimi

Dekabrın 15-dən 17-dək Türkiyənin Marmaris şəhərində Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu, dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli hərbi dialoq iclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG