Accessibility links

Prezident Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb


Prezident İlham Əliyev və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar
Prezident İlham Əliyev və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar

Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə,dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini bildirib.

Hərbi sahədə əlaqələrin çox yaxşı tarixə malik olduğunu bildirən İlham Əliyev ölkəsinin müstəqilliyi dövründə əməkdaşlığın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib.

Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən prezident iki ölkənin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğulayıb. Dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə edib.

Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu vurğulayıb. İki ölkə arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndirilənəcəyini əminliklə qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG