Accessibility links

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb


Zakir Həsənov və İsmət Yılmaz

Zakir Həsənov və İsmət Yılmaz

Dekabrın 17-də İstanbul şəhərində Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Mətbuat xidməti bildirir ki, tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını xüsusi qeyd edərək Silahlı Qüvvələr arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıb.

XS
SM
MD
LG