Accessibility links

Azərbaycan və Türkiyə xarici işlər nazirləri telefonla danışıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ikitərəfli əlaqələr, regional və beynəlxalq gündəliyə dair məsələləri müzakirə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

E.Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

M.Çavuşoğlu Azərbaycanın dəstəyini və atdığı addımları yüksək qiymətləndirib.

XS
SM
MD
LG