Accessibility links

Azərbaycan və Türkmənistan xarici işlər nazirləri əlaqələrin inkişafını müzakirə edib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov

Görüşdə əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunub

Aprelin 2-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunub və siyasi, iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG