Accessibility links

Əli Həsənov: Kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan-ABŞ əməkdaşlığı davam edəcək


Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Rəsmi Bakı Amerikanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərini artırmasını istəyir

Əli Həsənov: Kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan ABŞ əməkdaşlığı davam edəcək

Rəsmi Bakı Amerikanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərini artırmasını istəyir

Kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək, - Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun dediyinə görə, Azərbaycanla Amerika çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlıq edir.

"Beynəlxalq sülhyaratma proseslərində Azərbaycan Amerika ilə dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edir, beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə də ABŞ-la əməkdaşlıq edirik", o qeyd edib.

O Azərbaycanın Minsk qrupunun həmsədrlərindən biri kimi Amerikada gedən proseslərdə maraqlı olduğunu deyib.

"Biz istəyirik ki, kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırsın, mövcud status-kvonun aradan qaldırılmasında ciddi iradə nümayiş etdirsin və Ermənistanı qarşılıqlı güzəştlər nəticəsində sülh prosesinə məcbur etsin", Ə.Həsənov qeyd edib.
XS
SM
MD
LG