Accessibility links

Azərbaycan XİN: Aİ-nin bəyanatında qərəzli yanaşma və siyasi təzyiq özünü göstərir


 Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatına cavab verib

Avropa İttifaqının ali nümayəndəsi Ketrin Aşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, qeyri hökumət təşkilatlarının (QHT) və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan “QHT-lər haqqında” qanuna əlavə və dəyişiklər ilə əlaqədar 12 fevral tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin açıqlamasında deyilir.

Qeyd edək ki, Eşton və Füle bəyanatlarında Azərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, AŞ Venesiya Komissiyasının iradları nəzərə alınmaqla “QHT-lər haqqında” qanuna yenidən baxmağa çağırırlar.

“Bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı “etibarlı” mənbələrə istinad etməsi maraq doğurur”, XİN mətbuat katibi Abdullayev qeyd edib.

Açıqlamada deyilir ki, Avropa Şurasına üzvlüyə qəbul olunandan Azərbaycan üzərinə götürdüyü öhdəliklər yerinə yetirilir, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılır.

“Milli Məclisi tərəfindən qəbul edilmiş “QHT-lər haqqında” qanuna son əlavə və dəyişikliklər QHT-lər, Milli Məclis, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilib, əlavə və dəyişikliklərdə nəzərə alınıb. Ortaq rəy ondan ibarət olub ki, Azərbaycan Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcəkdir”.

QHT-in və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.

Mətbuat katibi bildirir ki, ümumiyyətlə, Azərbaycan tərəfindən vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində, o cümlədən qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

“2013-cü ilin noyabrında “İctimai iştirak haqqında” qanun qəbul edilib. “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsil nəzərdə tutulub.

Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən, dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir”, açıqlamada qeyd edilir.
XS
SM
MD
LG