Accessibility links

Təbrizdə azərbaycanlı iki fəal zaminə buraxılıb


Azərbaycanlı fəal Məhəmməd Əhədi
Azərbaycanlı fəal Məhəmməd Əhədi

Azərbaycanlı siyasi və mədəni fəallar Məhəmməd Əhədi və Ruzbeh Səadəti Təbriz şəhər həbsxanasından azadlığa buraxılıb. Onların həbsdən azad edilməsi haqda məlumatlar “SANA News”, “Təbriz Səsi” və “Azərbaycan Xəbərləri” kimi müxtəlif vebsaytlarda yayılıb.

Xəbər mənbələri bir neçə gün əvvəl onların digər üç fəalla birlikdə mühakimə olunduğu haqda məlumat vermişdi. Bu məlumatlarda Təbrizin İnqilab məhkəməsinin 1-çi şöbəsində onların hər birindən müvəqqət olaraq azad edilmək üçün 200 milyon tümən (200 min ABŞ dolları) məbləğində maliyyə tələb ediliyi bildirilirdi. Lakin yeni məlumatalara əsasən, Səadəti və Əhədinin hər biri 20 milyon tümən verərək zəmanət ödəyərək azad edilib.

Məhkəmənin zəmanətlə azadlığa buraxılmaq üçün məbləğin azaldılmasına dair qərarını təzyiqlərdən sonra dəyişdiyi ehtimal edilir.

Azərbaycanlı fəallar Məhəmməd Əhədi və Ruzbeh Səadəti dörd ay əvvəl Şərqi Azərbaycan viyalətinin Miyana şəhərində ittilaat idarəsinin məmurları tərəfindən saxlanıb ittiham edilmişdilər.

Bəzi xəbər mənbələri gələn bir neçə gün ərzində İbrahım Rəşidi (Savalan), Əfşin Şəhbazi və Mehrdad Kərəmi-də Təbrizin mərkəzi şəhər həbsxanasından azadlığa buraxılacağı haqda ehtimallar irəli sürüb. İnqilab məhkəməsinin birinçi şöbəsinin hakimi Rəhim Həmlbərin bu üç azərbaycanlı fəalın da azad edilməsi üçün ödənəcək zəmanətin miqdarını 200 milyondan 20 milyon tümənə endirəcəyi və onların müvəqqit azad edilməsi haqda qərar verəcəyi gözlənilir.

Bu beş fəala qarşı ölkənin təhlükəsizliyinə hədə törətmək məqsədilə əlbir fəaliyyət göstərmək və İran İslam respublikasına qarşı təbliğat aparmaq ittihamları irəli sürülmüşdür.

Ruzbeh Səadəti və Məhəmməd Əhədi Təbriz universitetində təhsil alırdırlar.

XS
SM
MD
LG