Accessibility links

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


İlham Əliyev və Vladimir Putin

İlham Əliyev və Vladimir Putin

İlham Əliyev Vladimir Putinə zəng edib.

Iyunun 23-də prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə söhbət zamanı Azərbaycan ilə Rusiya arasında starateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə uğurla inkişaf etməsi qeyd olunub, yüksək səviyyəli əlaqələrin bundan sonra da möhkmlənəcəyinə əminlik ifadə edilib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın rolu qeyd olunub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.
XS
SM
MD
LG