Accessibility links

Freedom House: Azərbaycan azad olmayan ölkədir


Freedom House təşkilatı insan hüquqları ilə bağlı 2016-cı il üçün hesabatını yayıb. Hesabat “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” (Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.

Sənəddə deyilir ki, ötən 2015-ci ildə dünya bir-birini çulğalayan bir neçə böhran yaşayıb və nəticədə demokratik ölkələrdə ksenofobiya yaranıb, təbii ehtiyatlara söykənən ölkələrdə iqtisadiyyatlara ağır zərbə dəyib və bu da avtoritar rejimlərin fərqli düşüncə üzərinə hücumlarını şiddətləndirib. Bütün bunların nəticəsi olaraq artıq bir-birinin ardınca 10-cu ildir ki, qlobal azadlıq tənəzzüldədir.

İlham Əliyev, Azərbaycan prezidenti
İlham Əliyev, Azərbaycan prezidenti

Bu da qeyd olunur ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək repressiv neft dövlətlərdə ümumən rifah üçün təhlükə yaradıb.

Freedom House təşkilatının illik hesabatında dünyanın 195 ölkəsi azad, qismən azad və azad olmayan üç qrupa bölünüb.

86 ölkə azad, 59 ölkə qismən azad, 50 ölkə isə azad olmayan kateqoriyaya daxil edilib.

Azərbaycan bu dəfə də azad olmayan ölkələrin sırasındadır.

Qeyd olunur ki, Azərbaycanın siyasi hüquqlar reytinqi, - jurnalistlər, müxalifət fəalları və hüquq müdafiəçilərinə qarşı ədalətli məhkəmə araşdırması hüququnun ciddi pozuntuları ilə yadda qalıb.

“Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində baş tutub və seçki müxalifətin boykotu şəraitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb”.

Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində baş tutub və seçki müxalifətin boykotu şəraitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb.

Qismən azad olmayanların cərgəsinə Dominikan Respublikası, Lesoto və Çernoqoriya enib.

Azad ölkələrin coğrafiyasına baxanda, burada əsasən Karib hövzəsini çıxmaq şərtilə Şimali və Cənubi Amerikanı, Türkiyə və keçmiş Yuqoslaviyanı çıxmaqla Avropanı görürük.

Əksərən azad olmayan Afrika və Asiyada Monqolustan və Hindistan azad ölkələr sırasındadır.

Qafqazda azad olmayan yeganə ölkə Azərbaycandır.

Bu reytinqə “ərazi” kimi daxil edilmiş Dağlıq Qarabağ da Ermənistan və Gürcüstan kimi qismən azadların kateqoriyasındadır.

Azərbaycan azad olmayan əlli ölkə arasında 7 pillə geriləyərək 35-ci yeri tutub.

Bu qrupda göstəriciləri Azərbaycandan pis olan yalnız iki keçmiş sovet respublikası var – Özbəkistan və Türkmənistan.

Hesabatda internet azadlığına görə isə Azərbaycan qismən azad ölkə kimi qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG