Accessibility links

Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verildiyi, lakin hökumətin xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlığını məhdudlaşdırdığı deyilir. “Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.”

Hesabatda deyilir ki, etibarlı rəqəmlər olmasa da, bəzi yerli müşahidəçilərin siyasi məhbus hesab etdiyi dini fəalların sayı 2014-cü ildə ilə 52 müqayisədə hazırda 46 kimi qeyd edilir. Bu rəqəmlərin təxmini olduğu və il ərzində saxlanılan və ya azad edilən dini fəalların sayı ilə bağlı etibarlı rəqəmlərin olmadığı bildirilir. Rəsmilərin azlıqda olan Yehovanın Şahidləri və Sələfilər dini qruplarının üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olduğundan şübhələnilən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirdiyi deyilir.

“Rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırıb və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını daraldıb.”

ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, noyabr ayında Daxili İşlər nazirliyinin polis qüvvələri Nardaran kəndinə daxil olaraq, ekstremizm ittihamları ilə müstəqil Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə də daxil olmaqla 14 nəfəri həbs edib. ”Növbəti dörd gün ərzində Daxili İşlər nazirliyinin polis qüvvələri kəndə quru və su yolu ilə gediş-gəlişə məhdudiyyətlər qoyub və evbəev axtarış aparıb. Mediada verilən xəbərlərə əsasən, Daxili İşlər nazirliyi təxminən 38 nəfəri saxlayıb, onların çoxu sonradan ittiham irəli sürülmədən azad edilib. Hökumətin verdiyi bəyanata əsasən, bu tədbirlər Müsəlman Birliyi Hərəkatı tərəfindən milli təhlükəsizliyə hədələrə cavab olaraq görülüb. Bununla belə, bəzi demokratiya və insan hüquqları fəalları ittihamların saxta olduğunu bildirib”-deyə hesabatda qeyd edilir.

Hesabatda bəzi dini qrupların qeydiyyatdan keçməsi ilə bağlı problemlərin olduğu, hökumətin dini ədəbiyyatın ölkəyə gətirilməsi, paylanması və satışı ilə bağlı məhdiyyətlər tətbiq etdiyi, dini dözümlülüyün dəstəklənməsi məqsədilə seminarlar keçirdiyi göstərilir.

Birləşmiş Ştatlar hökuməti 2015-ci ilin iyul ayına olan məlumata əsasən Azərbaycan əhalisinin 9.8 milyon nəfər olduğunu bildirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 35 faizi isə sünni müsəlmanlardır. Ölkə əhalisinin dörd fazini rus və gürcü pravoslav kilsəsi və erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir.

XS
SM
MD
LG