Accessibility links

Azərbaycan ən çox senzura tətbiq edən 10 ölkə arasındadır [Video]


Jurnalistləri Müdafiə Komitəsi 2014-cü il üçün senzura hesabatını açıqlayıb

Jurnalistləri Müdafiəsi Komitəsi dünyada mətbuata ən çox məhdudiyyət tətbiq edən 10 ölkənin adını açıqlayıb. Eritreya və Şimali Koreyanın başçılıq etdiyi sihahının yer aldığı hesabatda deyilir ki, bu ölkələr jurnalistləri susdurmaq üçün onları alçaldır və həbs edir, eləcə də İnternetdə senzura tətbiq edir.

Nyu-Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı yeni hesabatda jurnalistlərin həbs edildiyi 10 ölkə yer alır.

Jurnalistlərin ən çox həbs edildiyi ölkə 44 həbslə Çindir. Komitə hesab edir ki, İran fərqli səsləri susdurmaq və ya məcburi mühacirətə göndərmək üçün kütləvi və arbitrar həbslərdən istifadə edir.

Hesabata görə, bu il dünya boyu 200 jurnalist həbs edilib. Komitədən Kortni Radş deyir ki, hazırda jurnalistlər üçün ən təhlükəli dövrdür: "Həbslər və qətllərlə son üç il jurnalistlər üçün ən təhlükəli il olub. Belə ki, Komitənin yardım datalarına əsasən son 5 ildə 400-dən çox jurnalist məcburi mühacirətə gedib".

Tənqidin qarşını almaq üçün İnternet senzurası başlıca silahdır. Şimali Koreyada yalnız siyasi elitanın internetə çıxış imkanı var. Kubada blogerlər filtersiz əlaqə yaratmaq üçün xarici səfirliklər və hotellərdən yükləmə həyata keçirməlidir.

Çinin 642 milyonluq internet istifadəçisi "Böyük Əlaqə Səddi" adlanan filterlə üz-üzədir. Bu, xüsusi saytlar və sosial şəbəkələrə girişin qarşısını alır.


"Senzura çox güclü vasitədir. Bu, məlumatıların yayılmasını qarşısını həqiqətən də alır. Senzuradan yan keçmək üçün gərək xüsusi texniki biliklərə sahib olasan ki, hansı vasitələr və texnikalardan istifadə edəcəyini, mənbələrini və profillərini necə təhlükəsiz saxlayacağını biləsən" - deyə Kortni Radş Amerikanın Səsi bildirir.

Ərəb Baharı hərəkatı Eritreyada basqılara gətirib çıxarıb. Hökumət vətəndaşlara mobil internet təminatını məhdudlaşdırıb. Ərəb Baharından bəri Səudiyyə Ərəbistanı isə mətbuat qanununa dəyişiklik edərək şəriət qanunları ilə ziddiyyət təşkil edən və ya ictimai asayişi pozmağa yönəlik materialların nəşrinə qadağa qoyub.

Siyahıda olan 10 ölkədə dövlətin nəzarətində olan media orqanları adətən yeganə məlumat mənbəyidir. Radş deyir ki, hesabatın yayılması bu ölkələrdəki jurnalistlərə və vətəndaşlara dünyanın onlardan xəbərdar olmasını mesajı verir.

Çin, Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və İranla yanaşı bu siyahıda Efiopiya, Vyetnam, Bimra, Kuba və Azərbaycan da yer alır.

Hesabatın Azərbaycana dair hissəsində deyilir ki, beynəlxalq mükafat laureatı Xədicə İsmayılova da daxil olmaqla, hazırda ölkədən ən azı 10 jurnalist və blogger həbsdədir. 2014-cü ildə bir neçə tənqidçi jurnalistin də ölkədən qaçdığını vurğulayan hesabata görə, Azərbaycanda qalanlar isə təzyiqlər və basqılarla üzləşir, onların ölkədən çıxmasına qadağa qoyulur.

Hesabatda habelə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovun ötən ilin avqust ayından bəri gizlənməyə məcbur edildiyi bildirilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG