Accessibility links

Azərbaycan və Latviya xidməti pasportlar üçün viza rejimini ləğv edib


Edqars Rinkeviçs və Elmar Məmmədyraov

Edqars Rinkeviçs və Elmar Məmmədyraov

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş "Şərq Tərəfdaşlığı"nın bu ilin noyabrında keçiriləcək sammitinə qədər hazırlana bilər.

Bu barədə fevralın 13-də Latviya xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycan xarici işlər naziri Elmar Məmmədyraovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O, yeni sazişin strateji tərəfdaşlığa imkan verəcəyinə ümid etdiyini deyib.

Rinkeviçsin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlarının yekunu olaraq xidməti pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında hökumətlərarası saziş imzalanıb.

"Təhsil sahəsində əməkdaşlıq haqqında müqavilənin hazırlanmasını da sürətləndirmək istərdik, belə ki, Latviya ali məktəblərində 100-dən çox azərbaycanlı tələbə təhsil alır", Latviyalı nazir bildirib.

Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

E.Məmmədyarov öz növbəsində qeyd edib ki, Bakı Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və hazırda əməkdaşlıq üzrə yeni sazişlə bağlı Brüssellə danışıqlar aparılır.

"Bundan başqa, bizim energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənədimiz var. Bütün bunlar bizim Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirmək, onları strateji əməkdaşlıq səviyyəsinə qaldırmaq üçün yaxşı baza yaradır", Məmmədyarov bildirib.

Tərəflər nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

“Latviya ZUBR konteyner qatarı marşrutunun Ukraynadan Azərbaycana, daha sonra isə Çinə qədər uzadılmasında maraqlıdır”, Rinkeviçs bildirib.

ZUBR konteyner qatarı Latviya, Belarus, Ukrayna və Estoniya dəmir yollarının birgə layihəsidir.

"Azərbaycan ZUBR marşrutunu siyasi nöqteyi-nəzərdən üç dənizi - Qara dəniz, Xəzər dənizi və Baltik dənizini birləşdirən maraqlı layihə kimi qiymətləndirir. Öz-özlüyündə bu, üç fərqli regionun birləşməsinə gətirib çıxarır. Biz təkcə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə kifayətlənməyəcəyik", Elmar Məmmədyarov bildirib.

XS
SM
MD
LG