Accessibility links

Bakıda keçirilən Birinci Avropa Oyunlarında 84 kiloqramda Azərbaycan karateçisi Ayxan Mamayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Onun finalda rəqibi yunanıstanlı Mixail Giorgios Tzanos olub. Qarşılaşma 1-1 hesabı ilə başa çatsa da hakimlər qızıl medalı Azərbaycan karateçisinə veriblər.

Bununla da Azərbaycan idmançılarının medallarının sayı 11-ə çatıb; 5 qızıl, 1 gümüş, 5 bürünc.

Azərbaycan 11 medalla hələki reytinqdə birincidir.

XS
SM
MD
LG